• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1496
— 21.10.2015 10:32

Gənc fermerin üzünü güldürən qoyun…

Tovuzda təsərrüfatlarda az-az rast gəlinən maraqlı hadisə qeydə alınıb. Kənd sakini Rabil Rüstəmova məxsus xırdabuynuzlu heyvan 2-si dişi, 2-si erkək olmaqla, 4 quzu dünyaya gətirib. Sahibi qoyunu 5 il öncə aldığını və ötən ilə qədər əkiz doğduğunu deyir. Uzun illərdi qoyunçuluqla məşğul olan gənc fermer 4 bala verən qoyunu satmayacağını bildirir.  

Rahim İbrahimoğlu