• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1090
— 21.10.2015 10:28

Gədəbəydə bütün ümumtəhsil məktəblərində qışa hazırlıq görülüb

Təhsil ocaqlarının bir qismi mərkəzi istilik sistemi, digərləri isə odun yanacağı ilə qızdırılacaq. 

Gədəbəy ucqar dağ rayonu olduğundan, burada idarə və müəssisələrin qışa hazırlığı daha tez başlayır. Rayon Təhsil Şöbəsi tərəfindən də oktyabrın əvvəlindən rayonda fəaliyyət göstərən 83 ümumtəhsil məktəbində qış mövsümünə hazırlıqlara start verilib. Bu təhsil ocaqlarından 20-si mərkəzləşdirilmiş istilik sistemi, digər 63 məktəb isə odun yanacağı ilə isidilir.

Oruc Bağırov- Gədəbəy Rayon Təhsil Şöbəsinin müavini: “Qışa hazırlıqla bağlı qazanxanalara baxış keçirilib. Tüstü bacaları təmizlənib. Odunla qızdırılan bütün məktəblərə ümumilikdə 1350 kub metr odun tədarük olunub. Havalar soyuyan kimi bütün qazanxanalar işə salınacaq, sobalar qalanacaq. Normal istilik şəraiti olacaq ki, davamiyyətdə heç bir problem olmasın”.    

Nazirlər Kabinetinin qərarına əsasən, qış mövsümünə keçidlə əlaqədar məktəblərdə istilik sistemləri noyabrın 15-dən işə salınacaq. Ancaq həmin tarixədək havalar kəskin soyuyarsa, istilik sistemlərindən vaxtından əvvəl də istifadə oluna bilər. Qeyd edək ki, bu il Gədəbəydə hər biri 180 yerlik olmaqla, müasir tələblərə uyğun iki məktəb binası istifadəyə verilib.

Elton Cabbarlı