• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 20.10.2015 20:32

Bakıda bir neçə yol qəza hadisələri baş verib

Bakıda da xeyli sayda yol qəzaları baş verib. Xoşbəxtlikdən ölüm halı qeydə alınmayıb, ancaq xəsarət alanlar var.

Paytaxtın Xətai rayonunda Fəhlə prospekti ilə hərəkət edən 46 saylı sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Sərnişin avtobusunun sürücüsü izahatı alınması üçün Xətai Rayon polis idarəsinə aparılıb. Qeyd edək ki hadisə yerinin yaxınlığında piyada keçidi var.

Fəhlə prospektində qeydə alınan daha bir yol qəzasında iki yük maşını toqquşub. Yüksək sürətlə hərəkətdə olan Şaqman işıqforun qırmızı işığında dayanan digər bir yük maşınına çırpılıb. Qəza nəticəsində Şaqman yararsız hala düşüb, xəsarət alan olmayıb. İlkin ehtimala görə Şaqmanın sürəti yüksək olduğundan sürücü yük maşınını işıqforun qırmızı işığında saxlaya bilməyib.

Nərimanov rayonunda, Atatürk prospekti ilə Vaqif küçəsinin kəsişməsində, Gənclik metrostansiyasinin yaxinlığıdakı tuneldə də qəza qeydə alınıb. Sürücü Sənan Bayramov motosikiletlə yüksək sürətlə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəqliyyat vasitəsi yolun kənarinda olan maneəyə çirpilib. Hadisə zamani sürücü Sənan Bayramovun ayaği sınıb. Yarali dərhal təcili yardim avtomobili ilə xəstəxanaya çatdirılıb.

Nərimanov rayonunda baş verən diğər qəza isə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki dairədə qeydə alınıb. Ziya Bünyadov prospektiilə hərəkətdə olan VAZ 2107 və Azadlıq prospekti ilə hərəkətedən "Hyundai" markalı avtomobillər dairədə toqquşub. Hadisə yerinə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gələrək, ilkin müayinələr aparıblar. "Hyundai" markalı avtomobilin sürücüsü iddia edib ki, digər sürücüsü "Dayan!" nişanının tələbinə əməl etməyib və onun avtomobilinə yol verməyib. VAZ-ın sürücüsü isə əks tərəfi sürət həddini aşmaqda günahlandırır.

Baş verən faktlarla əlaqədər araşdırmalar davam edir. 

 

İlham Məmmədzadə