• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 20.10.2015 20:35

Gəncədə kəlbəcərlilərin məskunlaşdığı binada yanğın baş verib

Bu gün günorta satlarında Gəncə şəhərinin Bakı istiqamətindən girişində, kəlbəcərli məcburi köçkünlər üçün tikilən yaşayış binasında yanğın hadisəsi baş verib. 1 saylı binanın birinci blokunda qeydə alınan hadisə zamanı heç kim xəsarət almayıb. Beşinci mərtəbədən başlayan alov birinci mərtəbəyədək davam edib. Yanğınsöndürənlərin səyi ilə alov tez bir zamanda söndürülüb və ətraf ərazilərə yayılmasının qarşısı alınıb. İlkin ehtimala görə, yanğın binanın daxilindən keçən kommunal xətlərə aid plastik boruların alışmasından qaynaqlanıb.

Natiq Hüseyn