• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2979
— 20.10.2015 09:02

Goranboy sakini hasardan yıxılaraq, xəstəxanalıq olub

Goranboy sakini bədbəxt hadisə nəticəsində xəstəxanalıq olub. Hadisə rayonun Dəliməmmədli şəhərində baş verib. 32 yaşlı şəhər sakini Hüseynov Elnur Nəriman oğlu evinin həyətində quş vurmaq üçün çıxdığı hasardan yıxılıb və xəsarət alıb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən şəxsə qarının küt travması diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır. Fakt araşdırılır.

Natiq Hüseyn