• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 19.10.2015 18:40

Ölkədə bir neçə ağır yol nəqliyyat hadisəsi baş verib

 Zaqatalada iki minik avtomobilinin toqquşması üç nəfərin xəsarət alması ilə nəticələnib. Hadisə bu gün səhər saatlarında rayonun Qazangül qəsəbəsi ərazisində qeydə alınıb.

Zaqatalanın Çökək kənd sakini Ramazan Usoyevin idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Qazangül qəsəbə sakini Musa Nəzirovun idarə etdiyi “Opel” toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "Opel"də olan sərnişin Qazangül qəsəbə sakini Elnarə Eldar qızı Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər üç şəxs Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Xəstəxanadan verilən məlumata görə, yaralılardan Ramazanın vəziyyəti nisbətən ağırdır. Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırma aparılır.

 

 

Ölən və yaralananlar var. Ölümlə nəticələnən  ağır yol nəqliyyat hadisəsi Bakı – Quba yolunun 40- cı km-də baş verib. Şamaxı rayon sakini Azər Cəmiyevin idarə etdiyi “Fiat dablo” markalı maşın Bakı şəhər sakini Elməddin Həşimovun idarə etdiyi “Ford karqo” markalı yük maşınına arxadan çırpılıb. Nəticədə qəza qaçılmaz olub. Hadisə nəticəsində Azər Cəmiyevin sərnişini, Bakı şəhər sakini Həvayət Məmmədova dünyasını dəyişib, sürücünün özü isə xəstəxanaya yerləşdirilib. Dərhal hadisə yerinə dövlət yol polisinin və FHN-nin Sumqayıt regional mərkəzinin xüsusi xilasetmə hissənin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar aparılır.

İlham Məmmədzadə