• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 19.10.2015 18:30

DİN tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxt sakini Namiq Babayevin Bakı şəhər Suraxanı rayonunda yaşadığı evində silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub.  Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində evə baxış zamanı oradan 1 ədəd avtomat, 240 ədəd patron və 20 ədəd patron darağı aşkar edilərək götürülüb.

İlkin dindirmə zamanı saxlanılan şəxs odlu silah-sursatı 2001-ci ildə tapdığını və bu müddət ərzində mənzilində gizlətdiyini bildirib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

İlham Məmmədzadə