• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 17.10.2015 13:28

Tovuzda 2 oğurluq faktı qeydə alınıb

Tovuzda abadlıq- quruculuq işləri üçün istifadə edilən boruları oğurlayan 58 yaşlı kişi saxlanılıb. Hadisə rayonun Əyyublu kəndində, Bakı-Qazax avtomagistralının kənarında baş verib. Cavanşir İbrahimov gecə saatlarında yolun ətrafında olan metal boruları çıxararaq öz həyətinə yığıb. Əyyubluda tək yaşayan kişi ilkdəfədir oğurluq etdiyini deyir və hadisəni necə törətdiyini xatırlamır. Tovuz polisinə əməlini etiraf edən İbrahimov  həmin vaxt sərxoş olduğunu bildirib. Faktla bağlı araşdırmalara başlanılıb.

 

36 yaşlı Akif Qasımov Nurəddin Nağıyevə məxsus mağazadan 350 manat məbləğində nağd pul oğurlayıb. Hadisəni sərxoş vəziyyətdə törətdiyini deyən Akif Qasımov əvvəllər də məhkumluq həyatı yaşayıb. Əldə etdiyi pulla borclarını ödəmək istəyən və bazarlıq etmək üçün həmkəndlisinin obyektinə gələn Qasımov polis tərəfindən saxlanılıb. Fakt araşdırılır.

 

Rahim İbrahimoğlu