• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 17.10.2015 10:50

Şəmkirdə iki avtomobil toqquşub xəsarət alanlar var

Bu gecə Şəmkir-Şiştəpə yolunun 2 ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Qarşı-qarşıya gələn “VAZ 2107” və “VAZ 21011” markalı avtomobillərin toqquşması zamanı Şəmkir sakinləri 52 yaşlı Afət Süleymanov və 2 yaşlı Zəhra İsgəndərova xəsarət alıb. Yaralılardan birinin səhhətində ciddi problem olmadığından ambulator yardımdan sonra evə buraxılıb. Digər şəxs isə hazırda Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkim nəzarəti altındadır. Qəzanın səbəbləri araşdırılır.

Natiq Hüseyn