• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1696
— 16.10.2015 16:20

Şəmkir sakinlərinə Əmlak Məsələləri ilə bağlı səyyar xidmət göstərilib

Əmlak Məsələləri Dövlət Komitəsi artıq bir ilə yaxındır ki, bölgələrdə səyyar şəkildə vətəndaşlara dövlət reyestrindən çıxarışların verilməsini həyata keçirir. Şəmkirdə baş tutan kampaniyadan xeyli sayda rayon sakini yararlanıb.

Bu günədək komitənin əməkdaşları 20-ə yaxın rayon və şəhərdə 5000-dən çox vətəndaşa çıxarışlar verib. Budəfəki kampaniyadan Şəmkir sakinləri də yararlanıb. Rayonun Abbaslı kəndində komitənin təşkil etdiyi səyyar xidmətə 200-dən artıq vətəndaş müraciət edib. Onlardan 130-nun əmlakına dövlət reyestrindən çıxarışlar verilib. 70-ə yaxın rayon sakininin isə qeydiyyat üçün ilkin sənədləri qəbul edilib.

Qulu Xəlilov- ƏMDK-nin şöbə müdiri: “Bu kampaniyanın əsas məqsədi ondan ibarətdir ki, ucqar rayon və kəndlərdə yaşayan vətəndaşlarımız üçün  əmlakları ilə bağlı qeydiyyat məsələlərini birbaşa yerlərdə və ünvanlarında göstərilməsidir ki, vətəndaşlar əlavə əziyyət çəkməsinlər. Və heç bir vaxt itkisi olmadan sənədlərini qeydiyyatdan keçirsinlər”.

Şəmkir sakini: “Çox sağ olsunlar, rahat şəkildə sənədlərimizi aldıq. Minnətdarıq”.

Rayonun yaşlı və imtiyazlı sakinlərinə komitə əməkdaşları tərəfindən yerində xidmət göstərilib. Kampaniya ilə paralel olaraq, komitənin respublika üzrə mobil ofisi də fəaliyyət göstərir. Bu günədək ofis xidmətindən 74-mindən çox vətəndaş istifadə edib.

Elton Cabbarlı