• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 16.10.2015 13:39

GDU-da Müstəqillik Gününə həsr olunan konfrans baş tutub

Gəncə Dövlət Universitetində Müstəqilliyin 24-cü il dönümünə həsr olunan konfrans keçirilib. “Yeni Müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir”, “Müstəqilliyə gedən yol”, “Müstəqilliyi doğuran sosial siyasi səbəblər” mövzuları ətrafında çıxışlar olub. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Bundan sonra Azərbaycan dünya birliyinin müstəqil ölkələri sırasına qoşulub və hazırda inkişaf yolunda inamla irəliləyir. İştirakçılar da müstəqillik illərində ölkəmizin əldə etdiyi böyük uğurlar haqqında fikirlərini səsləndirib.

Asif Cavadov- GDU-nun prorektoru: Xalqın təkidli tələbi ilə 1993-cü ildə ulu öndərin yenidən hakimiyyətə gəlməsi Azərbaycanın dövlət müstəqilliyini məhv olmaqdan xilas edə bildi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər keçirildi. Artıq dünya dövlətlərinin Azərbaycan xalqına, dövlət müstəqilliyinə münasibəti tamamilə dəyişdi”.

Elnur Vahidoğlu