• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 29.09.2014 18:36

Masallıda yeddi nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib

Hadisə Ələt-Astara magistralının 153-cü kilometrliyində, rayonun Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Boradigah qəsəbə sakini  33 yaşlı  Rüstəm  Abbasovun idarə etdiyi “Ranc Rover “ markalı, minik avtomobili, İmişli rayon sakini  34 yaşlı Vüsal  Fətullayevin idarə etdiyi “Ford” markalı avtomobili ilə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin “Ford”un sürücüsü ilə birlikdə  sərnişinlər Bakı şəhər sakinləri 32 yaşlı Xəyalə Quliyeva, onun 7 yaşlı oğlu Emil Baxşıyev, 38 yaşlı Fövqiyyə Mütəllibova, 35 yaşlı İlkin Mirzəyev, 45 yaşlı Qılman  Səfərov və “Ranc Rover”in sərnişini, rayonun Mollaoba kənd sakini, 27 yaşlı Racid  Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.