• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3474
— 29.09.2014 20:32

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 9 nəfərin ölümü ilə nəticələnən qəza olub

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən avtomobil qəzasında 9 nəfər ölüb, 1-i yaralanıb. Hadisə  günorta  saatlarında magistral yolun 190 -cı kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb. Həmin  kənddə keçirilən toy mərasiminə gedən “Mercedes” və qarşı tərəfdən gələn  “Mitsubishi Pajero” markalı minik avtomobilləri toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya “Mitsubishi Pajero” səbəb olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.