• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1725
— 15.10.2015 15:37

Gəncə bazarlarında qiymət artımı müşahidə edilir

Son bir neçə gündür ölkə ərazisində havaların qeyri-sabit keçməsi bazarlarda satışa çıxarılan kənd təsərrüfatı məhsullarının qiymətininin artmasına səbəb olub. Əməkdaşlarımızın çəkiliş apardığı Gəncə bazarlarında da qiymət artımı müşahidə edilib.

Kənd təsərrüfatı məhsullarından xüsusən badımcan, pomidor, bibərin və göyərtilərin qiymətində artım var. Demək olar ki, bu tərəvəz məhsullarının kilosu 20-25 qəpik, göyərtinin bir dəstəsi isə 5-10 qəpik baha satılır. Satıcılar buna səbəb kimi yağışdan sonra əkin sahələrində məhsul yığmağın çətin olduğunu göstərirlər. Belə olan halda bazara kəndlilər tərəfindən daha az məhsul çıxarılır ki, bu da öz növbəsində qiymət artımını qaçılmaz edir.

Satıcı: “Qiymətlər, bəli, artıb. Göyərtini alırdıq 15 qəpiyə, indi alırıq 20 qəpiyə, badımcan, bibər, pomidorunda hər kilosunda 20- 30 qəpik artım var. Səbəb də odur ki, kəndli deyir hava soyuqdur, məhsulu yığmaq çətindir”. 

Meyvələrin qiymətində isə artım qeydə alınmayıb. Əksinə əvvəlki günlərlə müqayisədə 20-30 qəpik ucuzlaşıb.

Elton Cabbarlı