• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4888
— 29.09.2014 17:47

Göyçayda toy mərasimindən qayıdan ailə qəzaya düşüb, 1 nəfər dünyasını dəyişib

Göyçayda elektrik dirəyinin maşının üzərinə düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Hadisə ailə toy mərasimindən qayıdan zaman baş verib.

Toydan qayıdırdı, amma avtomobili yüksək sürətlə idarə etməsi onun həyatı bahasına başa gəldi. Göyçay rayonunda ailənin bir üzvünün ölümü, iki üzvünün ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə ötən gecə saat 22:00 radələrində Göyçayın Məlikkənd kəndində qeydə alınıb. Ucar rayonu Qulabənd kənd sakini 43 yaşlı Əzəmməd  Nuriyev idarə etdiyi “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq beton elektrik dirəyə çırpılıb. Hadisə zamanı qırılan beton elektrik dirəyi avtomobilin üzərinə düşüb. Yüksək gərginlikli elektrik xətləri qırılıb. Qəza zamanı sürücünün həyat yoldaşı 36 yaşlı Ulduzə Nuriyeva və 11 yaşlı Əfsanə Nuriyeva ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya düşən ailə toy mərasimindən qayıdırmış və sürücü sükan arxasında sərxoş olub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.