• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 29.09.2014 18:28

Ağstafa rayonunda torpaq sahibləri arasında düşən mübahisə sonda xəsarətlə nəticələnib

Hadisə rayonun Dağkəsəmən kəndi ərazisindəki fermalardan birində qeydə alınıb.

Dağkəsəmən kənd sakini 55 yaşlı Elşən Poladovla Ağstafa şəhər sakini 35 yaşlı Elçin Quliyev arasında əlbəyaxa dava düşüb. Hadisə baş verən zaman ərazidə heyvan otaran Siyavuş Alməmmədov mübahisənin otlaq sahəsi üstündə baş verdiyini bildirib. Belə ki, Elşən Poladov Elçin Quliyevi ağır çəkiclə vurduqdan sonra onun yerə yıxıldığından əlində olan ov tüfənginin açılaraq 55 yaşlı Elşən Poladovun sağ qoluna dəyib.

 

Elçin Quliyevin anası  Xanım Quliyevanın sözlərinə görə, onlar arasında mübahisə 15 günə yaxındır kı, davam edir. Onun sözlərinə görə,  Elşən Poladovun uzunqulağı onun oğluna məxsus avtomobili  zədələdikdən sonra qonşular arasında münasibət pozulub. Elçinin silahlı olmasına gəldikdə isə, anası Xanım Quliyeva ərazidə gecələr vəhşi heyvanların olduğunu, elə onlardan qorunmaq üçün saxladığını deyib.

 

Faktla bağlı Ağstafa rayon Polis şöbəsində arşadırma aparılır.