
Kürdəmir rayonunda ağır qəza baş verib nəticədə 2 nəfər ölüb, bir nəfər yaralanıb. Qəzaya səbəb sürücülərin ehtiyatsızlığı və yolda iribuynuzlu heyvan cəsədinin olması olub.
Kürdəmir rayonunun Çöl Ərəb kəndində 2 nəfərin ölümü, 1-nin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Ağcabədi rayon sakini, 22 yaşlı Elvin Quliyev “Mercedes” markalı yük avtomobili ilə Ağsu istiqamətində hərəkətdə olarkən qəflətən İmişli istiqamətində hərəkətdə olan Bakı şəhər sakini, 42 yaşlı Ceyhun Babayevin idarə etdiyi “Ford” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “Ford”un sürücüsü hadisə yerində keçinib. Həmin avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 33 yaşlı Ceyhun İmaməliyev və “Mercedes”in sürücüsü yaralanıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada İlkin tibbi yardım göstərilsə də, Cehyun İmaməliyevin həyatını xilas etmək mümkün olmayıb.
Hadisəyə ərazidəki ölü camış cəsədinin sürücüləri çaşdırması və yüksək sürət səbəb olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.
- Baxış: 407