• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 29.09.2014 18:16

Şəkidə baş vermiş yol qəzası zamanı iki nəfər xəsarət alıb

Ötən gün axşam saatlarında Şəkidə yol qəza hadisəsi baş verib. Avtomobil yoldan çıxaraq aşıb. Nəticədə iki nəfər xəsarət alıb.

 

Qəza saat 20:00 radələrində Şəkinin Baş Göynük kəndi ərazisində qeydə alınıb. Baş Layısqı kənd sakini Şərifov Nəriman Hacıbala oğlu idarə etdiyi 99-DR-698 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən qəza törədib. Avtomobil yoldan çıxaraq  aşıb. Sürücü və onun həyat yoldaşı Şərifova Səadət Səfərəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəzada avtomobil yararsız vəziyyətə düşüb. Kənd sakinləri bu ərazidə qəzaların tez-tez baş verdiyini deyirlər.

 

Faktla bağlı araşdırma aparılır.