• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 932
— 14.10.2015 14:45

ATU-da “Beynəlxalq Standartlaşdırma Günü” ilə bağlı elmi seminar keçirilib

Azərbaycan Texnologiya Universitetində 14 oktyabr “Beynəlxalq Standartlaşdırma Günü” ilə bağlı elmi seminar keçirilib. Universitetin Standartlaşdırma və Metrologiya kafedrasının müəllimlərinin, Gəncədə fəaliyyət göstərən bir sıra qurumların nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə bu günün 1946-cı ildən etibarən qeyd edildiyi vurğulanıb. Bildirilib  ki, təhsil ocağında standartlaşdırma və metrologiya ixtisası üzrə mühəndislər hazırlanır ki, bu da müasir zamanda ən çox tələb olunan sahələrdən biridir. Elmi seminarda universitetin əməkdaşları tərəfindən hazırlanan müxtəlif təyinatlı ixtiralar təqdim olunub.

Şahlar Babayev- Azərbaycan Texnologiya Universitetinin kafedra müdiri: “Nazirlər kabinetinin müvafiq qərarından sonra demək olar ki, universitetlərdə 50-60 faiz ixtisaslar bu sahə üzrə yönəlmişdir. Çünki, dünyanın inkişaf etmiş dövlətləri, mühəndis elminin əsas tədqiqat obyekti olan texnologiyalar satırlar. Texnologiya nədir? Elmi konsepsiyaların, metadologiyaların və müvafiq biliklərin reallaşması üçün üsul və vasitələri özündə birləşdirən elm sahəsidir”.

 

Ruhəngiz Hacızadə