• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1367
— 29.09.2014 14:21

Gəncədə ağır atletika üzrə idman məktəbləri arasında 7-ci Respublika oyunlarının final mərhələsi başlayıb

Bu gün Gəncə Olimpiya İdman Kompleksində ağır atletika üzrə idman məktəbləri arasında 7-ci Respublika oyunlarının final mərhələsi başlayıb. 3 gün davam edəcək yarışın ilk günü açılış mərasimiylə əlamətdar olub. Rəsmi hissədə çıxış edənlər bu idman növünün ölkəmizdə populyarlıq qazandığını və yeni atletləri üzə çıxarmaq üçün bu cür yarışların keçirilməsinin çox böyük əhəmiyyətinin olduğunu bildiriblər. Açılışın ardından birincilik start götürüb.