• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 991
— 14.10.2015 04:26

Tovuzda toydan çıxan şəxslər polislə dava edib

Tovuzda güclü dava olub. Hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Toydan çıxan bir neçə nəfər "Niva" markalı avtomobillərlə dağ kəndi Göyəbaxana istiqamətlənərkən YPX-nın əməkdaşları onlara "Saxla" əmri verib. Bu zaman sürücü və sərnişinlər polislərlə mübahisə etməyə başlayıb. Hava qaralana qədər davam edən mübahisə vaxt keçdikcə daha da dərinləşib. Kənd ərazisində bir neçə saat davam edən dava-dalaş zamanı polis əməkdaşı Hikmət Quliyev yüngül xəsarət alaraq Tovuz Mərkəzi rayon Xəstəxanasına aparılıb. Zərərçəkənə ilkin yardım göstərildikdən sonra o, evə buraxılıb. Polis əməkdaşları əmrə tabe olmayan vətəndaşları və onların avtomobillərini Tovuz rayon Polis şöbəsinə gətiriblər. Fakt araşdırılır.

 

Rahim İbrahimoğlu