• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1802
— 13.10.2015 19:02

Paytaxtda işçi çalışdığı şirkəti soyub

“Bakı İstehsalat Tikinti” şirkətindən oğurluq olub. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Binəqədi Rayon Polis İdarəsinin  4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şirkətin xidməti otaqlarından birində olan seyfdən 1200 manat oğurlamış həmin şirkətin işçisi, Bakı şəhər sakini Elbrus Məmmədov tutulub.  Hazırda faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova