• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1511
— 12.10.2015 15:39

Samuxun Kürqırağı kəndlərinə tezliklə təbii qaz veriləcək

Dövlət proqramına uyğun olaraq Samux rayonunun Kürqırağı kəndlərinin qazlaşması prosesi davam etdirilir. Bir müddətdir ki, işlərin son mərhələdə olması mavi yanacağın kəndlərə tezkliklə veriləcəyindən xəbər verir.

Bu ilin əvvəlindən start götürən işlər hazırda rayonun ən böyük yaşayış massivlərindən biri olan Qırmızı Samux kənində həyata keçirilir. Podratçı şirkət tərəfindən hazırda küçələrdə müxtəlif diametrli daşıyıcı qaz xəttlərinin çəkilməsi, boruların rənglənməsi ilə yanaşı sayğacların quraşdırılması da həyata keçirilir.

Fərman Həsənov- iş icraçısı: "Layihəyə əsasən Lüksemburq kəndində qazlaşma tam yekunlaşıb. Yenikənd kəndində isə mənzillərə sayğacların quraşdırılması işləri həyata keçirilir. Qırmızı Samux kəndində də işlərin 50% həyata keçirilib. İşlər tam yekunlaşdıqdan sonra, əhalini yaxın günlərdə mavi yanacaqla təmin edəcəyik".

Sovet dönəmindən bəri mavi yanacaq sarıdan əziyyət çəkən Qırımızı Samux, Lüksemburq və Yenikənd kəndlərinin 700-ə yaxın abonentinə hava şəraiti imkan verəsə gələn ay mavi yanacağın verilməsi həyata keçiriləcək.

Dövlət proqramına əsasən Samux rayonunun Kürqırağı 3 kəndində qaz xəttlərinin çəkilməsi işləri tam yekunlaşdıqdan sonra gələkdə rayonun digər ucqar kəndləri mavi yanaqla təmin olunacaqdır.

Gəncə Regional Qaz İstismarı İdarəsinin tabeli ərazisinə daxil olan Samux rayonu ilə yanaşı Goranboyda və Göygöldə ümumlikdə Azəriqazın sifarişi ilə 25 yaşayış məntəqəsinin mavi yanacaqla təmin olunması üçün işlər aparılır. Layihəyə uyğun olaraq bu kəndlərin böyük əksəriyyətində qaz çəkilişi yekunlaşıb, qalanlarında isə son tamamlanma işləri görülür.

Xaliq Qurbanlı