• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1646
— 12.10.2015 12:17

ADAU-da Gəncə Kitab Klubunun fəaliyyətinin genişləndirilməsinə dair konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə Kitab Klubunun fəaliyyətinin genişləndirilməsinə dair konfrans keçirilib. 30 nəfərə yaxın tələbənin iştirak etdiyi tədbirdə görkəmli fransız yazıçı Viktor Hüqonun “Paris Notr-Dam Kilsəsi” əsərinin müzakirəsi olub. Kitab klubunun  əsas məqsədi gənclərə kitab oxumaq vərdişini aşılamaq, mütaliəyə maraq yaratmaq, gənclər arasında kitab oxumağı həyat tərzinə çevirməkdən ibarətdir.

Ülviyyə Mahmudova- Gəncə Kitab Klubunun sədri: “İngilis filosofu Hermed Spenser demişkən, “bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür”. Ümumiyyətlə, bu fikirdən aydın olduğu kimi cəmiyyətin, mədəniyyətin formalaşmasında kitabların rolu danılmazdır. Onun sehrli gücünü bildiyimiz  halda, niyə hələ də gənclər arasında kitab oxumayanların sayı daha üstünlük təşkil edir?!”

Mehman Abbaszadə