• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2294
— 11.10.2015 12:45

Ağstafa sakini Şahanə adlı maraqlı zəka oyunu kəşf edib

Burada 2 helikopter, 2 döyüş maşını, 2 qırıcı təyyarə, eyni sayda havadan mühafizə qurğusu, uzaqvuran qanadlı raket və onların qarşısında əsgərlər dayanır. “Şahanə” üfüqi və şaquli olmaqla, taxta üzərində ağ və qara fiqurlarla oynanılır. Mərkəzdə Ali Baş Komandan dayanır. İxtiraçı sadalanan fiqurları da özü düzəldib. Böyük səbrlə taxtadan yonub hazırladıqları "Şahanə" fiqurlarının sayı 48-dir ki, bunun da yarısı əsgərlərdir. Hazırda kəşf edilən oyunun çempionatına start verilib. Ağstafa sakini “Şahanə” oyununu Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirərək, patent hüququ da alıb.

Rahim İbrahimoğlu