• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2291
— 10.10.2015 16:11

123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasında parlament seçkilərinə hazırlıq işləri aparılır

Noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinə 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasında da hazırlıq işləri davam edir. Seçki dairəsi, eləcə də bütün məntəqələr lazımi avadanlıqlarla təchiz edilib.

Gəncədə yerləşən 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyası üzrə  48 min 749 seçici qeydiyyata alınıb ki, bunların da 52 faizi qadın, 48 faizi isə kişidir. Bu seçicilərdən 18 yaşı tamam olan və bu il ilk dəfə səs verəcək olanların sayı 893 nəfərdir. Seçki dairəsinə, eləcə də bütün məntəqələrə yeni kompüter dəstləri, dəmir seyflər, generatorlar verilib, telefon xətti çəkilib. Məntəqələrə səs vermə üçün kabinələr qurulub, seçki qutuları qoyulub, maarifləndirici vəsaitlər asılıb. Dairə Seçki Komissiyası üzrə 63 məntəqə Respublikanın 56 şəhər və rayonunda yerləşir.

Adil Murtuzayev- 123 saylı Kəlbəcər Seçki Dairəsinin Dairə Seçki Komissiyasının sədri: “Digər rayonlardan fərqli olaraq məcburi köçkünlər yaşayan rayonlarda əhalinin hərəkəti daima müşahidə olunur. Hərəkətdə olan seçicilərin  səs verməsini təmin etmək üçün Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyasına qeydiyyatdan çıxma vəsiqəsi təqdim edib. Əgər seçici qeydiyyatda olduğu məntəqədən başqa yerdə olarsa və səs vermək istiyərsə o qeydiyyatda olduğu seçki komissiyasında qeydiyyatdan çıxma vəsiqəsi götürməklə yaşadığı yerdə 123 saylı Kəlbəcər seçki dairəsinin istədiyi məntəqəsində səs verə bilər”.

Oktyabırın 9-dan deputatlığa namizədlərin təşviqat kampaniyası başlayıb.

Noyabırın 1-də Respublikamızda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün 123 saylı Kəlbəcər Seçki Dairəsinin Dairə Seçki Komissiyası üzrə 13 nəfər namizəd müraciət edib. Müraciət edənlərdən yalnız 10 nəfər namizədin sənədi düzgün olduğu üçün qeydiyyata alınıb. Qeydiyyata alınanlardan 7 nəfəri bitərəf, 3 nəfəri isə müxtəlif partiyaları təmsil edir.

Elnur Vahidoğlu