• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1478
— 10.10.2015 13:55

Gəncənin avtomobil bazarında durğunluq müşahidə edilir

Təkrar avtomobil bazarında qiymətlər ucuzlaşsa da, maşın alanların sayında artım müşahidə edilmir. Gəncədə yerləşən avtomobil bazarında alıcılıq qabiliyyəti 4-5 dəfə aşağı düşüb. Mütəxəssislər bu vəziyyətin hələ bir neçə ay da davam edəcəyini bildirir.

Gəncənin avtomobil bazarında durğunluq davam edir. Həftə sonu olsa da, bazarda alıcı azlığı diqqət çəkir. Son bir neçə aydır avtomobil qiymətlərinin kəskin ucuzlaşması da bazarı aktivləşdirə bilməyib.

Əvvəllər gün ərzində maşın bazarında 70-80 avtomobilin satışı həyata keçirilirdisə, indi bu rəqəm 15-20-yə enib. Daha çox satılan avtomobillər isə Rusiya istehsalı olanlardır.

Xəlil Kərimov- avtomobil alverçisi "Boş yerə bazar pulu ödəyib gedirik. Alver yoxdur..."

Şaiq Aslanov- avtomobilini satan: "Demək olar ki, üç həftəsonudur ki, gəlirəm, amma avtomobilimi sata bilmirəm. Əvvəlki aylara nisbətdə indi çox ucuzluqdur. Misal üçün, 10 min manata olan maşın indi 8500 - 9 minədir".

Yaranan vəziyyət avtomobillərin ehtiyyat hissələrinin satışına da təsir göstərir. Belə ki, bu sahədə də durğunluq müşahidə edilir. Mütəxəssislər avtomobil bazarındakı bu vəziyyətin ümumi iqtisadi yüksəlişin fonunda aradan qalxacağını proqnozlaşdırırlar.

Vəfa Şairova