• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 10.10.2015 13:11

Qazax, Ağstafa, Tovuz rayonlarında qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən sürücülər cərimələnib

Sənədsiz, fərqləmə nişanı və lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reydlər davam edir. Qazax, Ağstafa, Tovuz rayonları ərazisində Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşlarının keçirdiyi yoxlamalar zamanı xeyli sayda qayda pozuntusu aşkar edilib, avtomobil idarə edənlər saxlanılıb.

Qazax-Gəncə istiqamətində hərəkət edən bir neçə maşrut sürücüsündə aylıq fərqlənmə nişanı olsa da, 5 illik lisenziyanın bitdiyi aşkarlanıb. Qayadalara uyğun olaraq qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən mikroavtobus sürüclərinə yerindəcə cərimə protokolları yazılıb.

Qərb bölgəsində keçirilən reyddə xidmət əməkdaşlarını görüb, taksi işarələrini götürənlər də, avtomobili ilə ərazidən uzaqlaşanlar da oldu. Bəziləri isə deyilən iradlarla razılaşmayaraq avtovağzala sərnişin daşımaq üçün gəlmədiklərini dedilər.

Reyd zamanı sənədləri qaydasında və  40 ildən çox stajı olan sürücülər isə digərlərinə nümünə oldu. Nazirliyin dövlət avtomobil nəqliyyatı xidmətinin Tovuz regional idarəsinin rəisi kəndlərdə yaranan marşrut çatışmazlığının da aradan qaldırılacağını bildirdi.

Bölgədə reydlər mütamadi olaraq davam etdiriləcək.

Rahim İbrahimoğlu