• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 709
— 10.10.2015 11:51

Şəmkirə yeni təcili tibbi yardim avtomobilləri gətirilib

Şəmkirdə əhaliyə göstərilən ilk tibbi yardımın kefiyyətinin yüksəldilməsi məqsədi ilə səhiyyə ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir. İstismar müddətini başa vuran tibbi avadanlıqlar, eləcə də təcili tibbi yardım avtomobilləri yenisi ilə əvəzlənir. Bu günlərdə rayona Səhiyyə Nazirliyi tərəfindən 2 təcili tibbi yardım avtomobili gətirilib. Tibb işçiləri yaradılan şəraitdən maksimum istifadə edərək əhaliyə günün tələbləri səviyyəsində xidmət göstərəcəklərini bildiriblər. Qeyd olunub ki, son bir neçə ildə Şəmkirin Sabirkənd və Ələsgərli kəndlərində yeni həkim məntəqələri inşa olunub. Qapanlı və Könüllü kəndlərində mövcud tibb ocaqları əsaslı şəkildə yenilənib. Bundan başqa, Mərkəzi Rayon Xəstəxanasının müxtəlif şöbələrdə ən son rentgen aparatları quraşdırılıb. Yaxın günlərdə İrmaşlı kəndində də yeni həkim məntəqəsinin tikintisinə başlanacaq. Ümumilikdə rayonda 11 xəstəxana, 32 həkim və 27 tibb məntəqəsi fəaliyyət göstərir.

Natiq Hüseyn