Bu günə xəbərlərin oxunma sayı: 1464
— 09.10.2015 20:19

Quba rayonunun Hacıhüseynli kəndində narahatlıq doğuran hadisə baş verir

Quba rayonunun Hacıhüseynli kəndində narahatlıq doğuran hadisə baş verir. Gecə saatlarında naməlum şəxs evlərin damlarını daşa tutur. Maraqlısı odur ki, hadisə bir neçə dəfə təkrar olunsa da, kənd sakinləri evlərini daşa tutan adamı tutmağa nail olmayıblar. Artıq məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da müraciət edilib. Ətraflı müxbirimiz Cəfər Talıb xəbər verir.

Quba rayonunun Hacıhüseynli kənd sakinləri qəribə hadisə ilə üz-üzə qalıb. Gecə saatlarında naməlum şəxs yaşayış evlərinə daş atır. Kənd sakinləri nə qədər cəhd göstərsələr də nə həmin şəxsi tanıya nədə tuta bilməyiblər. Hadisə kənddə bir neçə dəfə təkrarlanıb. Kənd sakinləri bildirir ki, evləri daşa tutan şəxsi bir dəfə görsələr də, o qaça bilib və qəbristanlığında gözdən itib.

Evləri daşlamaqla yanaşı, naməlum şəxsin kənddə xırda oğurluqlar törətdiyi də bildirir.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Quba rayon Polis Şöbəsindən RTV-yə bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb və müvafiq tədbirlər görülür.