• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1792
— 09.10.2015 19:10

Qazax, Ağstafa,Tovuz rayonları ərazisində nəqliyyat nazirliyi reyd keçirib

Sənədsiz,fərqləmə nişanı,lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reydlər davam edir. Qazax, Ağstafa,Tovuz rayonları ərazisində nəqliyyat nazirliyinin dövlət avtomobil nəqliyyatı xidmətinin əməkdaşlarının keçirdiyi yoxlamalar zamanı xeyli sayda qayda pozub, avtomobil idarə edənlər saxlanılıb. Qazax-Gəncə istiqamətində hərəkət edən bir neçə maşurut sürücüsündə aylıq fərqlənmə nişanı olsada, 5 illik lisenziyanın bitdiyi aşkarlanıb. Qayadalara uyğun olaraq qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən mikroavtobus sürüclərinə yerindəcə cərimə protokolları yazılıb.

Qərb bölgəsində keçirilən reyddə xidmət əməkdaşlarını görüb,taksi işarələrini götürənlər də,sürüb ardan çıxanlarda oldu. Bəziləri isə deyilən iradlarla razılaşmayaraq avtovağzala sərnişindaşımaq üçün gəlmədiklərini dedilər.

Reyd zamanı sənədləri qaydasında olan 40 ildən çox stajı olan sürüclər isə digərlərinə nümünə oldu. Nazirliyin dövlət avtomobil nəqliyyatı xidmətinin Tovuz regional idarəsinin rəisi kəndlərdə yaranan maşurut çatışmazlığının da aradan qaldırılacağını bildirdi.

Qeyd edək ki,belə reydlər bölgədə mütamadi olaraq davam etdiriləcək.

Rahim İbrahimoğlu