• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3476
— 09.10.2015 16:18

Gəncədə 7 mindən çox abonentin mənzilində yeni su sayğacları quraşdırılıb

Gəncədə mexaniki su sayğaclarının yeni - smart tipli sayğaclarla əvəzlənməsi prosesi davam edir. Artıq 7 mindən çox abonentin mənzilində yeni sayğaclar quraşdırılıb.

Gəncədə abonentlərin mexaniki su sayğaclarının smart tipli sayğaclarla əvəz olunmasına 2013-cü ildən etibarən başlanılıb. Sayğacların dəyişdirilməsi işləri hazırda da şəhərin müxtəlif ərazilərində davam  etdirilir. Gəncə Su-Kanal Törəmə Səhmdar Cəmiyyətindən verilən məlumata görə,  smart tipli sayğacların quraşdırlması suya görə ödənişlərin toplanmasını da asanlaşdırır.

Bəxtiyar Məmişov- Gəncə şəhər Sukanal Törəmə Səhmdar Cəmiyyətinin şöbə rəisi: “Smartkart sayğaclarının quraşdırılması abonentlərin ödənişlərdən yayınmasının qarşısını alır. Bu gün su idarəsində bilirsiniz ki, yığımın səviyyəsi çox aşağıdır. Əhali ödənişlərdən boyun qaçırır.  Smart sayğacların quraşdırılması da məhz bu problemin aradan qaldırılmasına kömək edəcək”.

Hazırda Gəncədə 62 min abonent sudan istifadə edir. İdarədən verilən məlumata görə, bu ilin sonuna kimi daha 1000 abonentin mexaniki su sayğacları smart sayğaclarla əvəz olunacaq. Gələn ilin sonuna kimi isə bütün abonentlərin su sayğacları dəyişdiriləcək. Qeyd edək ki, Almaniya İnkişaf Bankının və Azərbaycan hökumətinin birgə layihəsi əsasında Gəncənin su-kanalizasiya sistemi yenidən qurulur.

Elton Cabbarlı