• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3470
— 09.10.2015 14:35

Təhsil nazirinin iştirakı ilə Şəmkirdə yeni məktəb binası istifadəyə verilib

Təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəb üçün yeni bina istifadəyə verilib. 640 yerlik məktəb binasının inşasına ötən il başlanılıb. Qısa müddət ərzində müasir tələblərə cavab verən təhsil ocağı tikilib. Yeni bina zəruri inventar və avadanlıqlarla təchiz edilib. Burada 26 sinif otağı, 6 laboratoriya, fənn kabinetləri, akt, idman zalları, yeməkxana və kitabxana fəaliyyət göstərəcək. Təhsil ocağı üçün ayrıca elektrik transformatoru qurulub, mərkəzi istilik sistemi yaradılıb. Eləcə də məktəbin həyətində 2 ədəd 150 kubmetrlik su hovuzu tikilib. Həmçinin respublikada ilk dəfə olaraq burada Distant Tədris Mərkəzi yaradılıb. Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan 50 şagird təhsilə cəlb ediləcək. Təhsil naziri Mikayıl Cabbarov şəraiti yüksək qiymətləndirib, paytaxtda və rayonlarda yeni məktəb binalarının inşasının davam etdiriləcəyini bildirib.

Natiq Hüseyn