• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1366
— 09.10.2015 14:19

Cəbhədə ATƏT nümayənədələrinin monitorinqi radiorabitə ilə baş tutub (Yenilənib)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqi keçirən qruplar qatı duman səbəbindən vizual əlaqə yarada bilməyib. Yalnız radiorabitə əlaqəsindən sonra monitorinq baş tutmuş hesab olunub. Monitorinq insidentsiz başa çatıb. Sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv atəşə məruz qalan Kəmərli kəndindəki ziyan dəymiş evlərə baxış keçirib və yerli sakinlərlə görüşüblər. Nümayəndələr sentyabrın 23-də gecə saatlarında Ermənistanın Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində yaralanmış Esmira Dursunova ilə görüşüb və onun səhhəti ilə də maraqlanıblar.

Rahim İbrahimoğlu