• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3463
— 09.10.2015 13:00

GDU-nun tələbələri Nizami Gəncəvi Məqbərəsi və muzeyinə ekskursiya ediblər

Gəncə Dövlət Universitetinin tələbələri Nizami Gəncəvi Məqbərəsi və muzeyinə ekskursiya ediblər. Tələbə Şurasının təşəbbüsü ilə təşkil olunan ekskursiyanın məqsədi gəncləri dahi söz ustadının həyat və yaradıcılığı barədə daha geniş şəkildə məlumatlandırmaq, onlarda ədəbiyyata marağı artırmaq olub. Şairin əlyazmaları gənclərin xüsusi marağına səbəb olub.

Əfsanə Mövlayeva- GDU-nun Tələbə Şurasının sədri: “Ümumiyyətlə gənclərimiz Nizami Gəncəvi haqda kitablardan, internet və saytlardan yetərincə məlumat alırlar. Əsrlər  öncə yazılmış əsərləri və yaxud abidələri görmək əminəm ki, onlarda  tariximizə marağı daha da artıracaq”.

Göyüş Şəfizadə- GDU-nun tələbəsi: “Çox xoş oldu mənim buraya gəlməyim. İstərdim ki, hər bir gənc muzeyə gəlsin və Nizami Gəncəvi məqbərəsi  ilə yaxından tanış olsun. Mən də bir tələbə olaraq dahi şairin həyat və yaradıcılığı haqqında daha dərindən öyrəndim”.

Mehman Abbaszadə