• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1482
— 08.10.2015 15:57

Goranboy-Ağdam-Tərtər DSK-da parlament seçkilərinə hazırlıq işləri aparılır

Qarşıdan gələn parlament seçkilərinə hazırlıq prosesi 97 saylı Goranboy-Ağdam-Tərtər Dairə Seçki Komissiyasında da aparılır. Bu məqsədlə məntəqlər seçki gününə hazırlanır, səsverməyə qatılmaq istəyən namizədlərlə iş aparılır.

56 məntəqədə 35005 seçicinin səs verəcəyi 97 saylı Goranboy-Ağdam-Tərtər Dairə Seçki Komissiyası 3 rayonda seçkiləri keçirməyə hazırlaşır. Goranboyda 28 məntəqə üzrə 27015, Ağdamda 25 məntəqə üzrə 11019, Tərtərdə isə 3 məntəqədə 3267 seçicinin qeydiyyatı aparılıb. Dairə ərazisində parlament seçkilərinə qatılmaq üçün 12 nəfər müraciət edib. Onlardan 10 nəfərin qeydə alınması təmin olunub ki, bunlardan da 2 nəfəri müxtəlif siyası partiyların təmsilçiləri, 8 nəfər isə öz təşəbbüsü ilə seçkiyə qatılmaq istəyənlərdir.

Səsvermə günü dairədə 56 məntəqə ilə yanaşı 1 cəzaçəkmə və 4 hərbi hissədə də seçkiyə 5 gün qalmış məntəqələrin yaradılması nəzərdə tutulur.

Dairə ərazisində seçiciləri səsverməilə bağlı maarifləndirmək üçün Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilən 20 adda plokatlar  məntəqlərdən asılması təmin olunub. Dairənin 6 məntəqəsində yerləşdirilən veb-kameralar işlək vəziyyətə gətirilib.

97 saylı Goranboy-Ağdam-Tərtər Dairə Seçki Komissiyasının 56 məntəqəsindən 10 düşmənlə həmsərhəd ərazilərdə yerləşməsinə baxmayaraq həmin məntəqlərin maddi- texniki bazası möhkəmləndirilərək səsvermə gününə tam hazırlıq səviyyəsinə gətirilib.

Xaliq Qurbanlı