• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1478
— 08.10.2015 15:09

Gəncə şəhər ƏSMM-nin Sosial Məişət Xidməti Sektoruna müraciət edənlərin sayı artıb

Gəncədə tənha və ahıl, xüsusi imtiyazlı kateqoriyadan olan insanların sosial müdafiəsi üçün bir sıra işlər görülür. Onların müalicə və istirahətinin təmin olunması da görülən tədbirlərə daxildir.

Bu il Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi Sosial Məişət Xidməti Sektoruna 143 nəfər müraciət edib. Tənha və ahıl, xüsusi imtiyazlı kateqoriyaya daxil insanlardan 73-ü ölkənin müxtəlif istirahət və müalicə sanatoriyalarına göndərilib. Ötən ilin müvafiq dövründə isə müalicə və istirahəti təmin olunanların sayı 43 nəfər olub. Proses ilin sonuna kimi davam edəcək.

Tamaşa Tağızadə- Gəncə şəhər ƏSMM-nin Sosial Məişət Xidməti Sektorunun müdiri: “Ərizələr əsasında Nazirliyə müraciət edirik. Nazirlikdən onun əsasında putyovkalar alırıq. Bu gün bizdə növbəlilik davam edir. Müraciət əsasında putyovkalar veririk. İl boyu Naftalana putyovkamız olub. Əgər bu adam müalicəyə gedirsə onun üçün fərqi yoxdur, noyabr, dekabr aylarında da müalicəyə gedən əlillərimiz var”.

Qeyd edək ki, müalicə üçün sanatoriyalara üz tutanlar əsasən əsəb xəstələri, eləcə də revmatizmdən əziyyət çəkənlər olub.

Müalicə, eləcə də istirahət üçün sanatoriyalara göndərişlər sektorda növbə yolu ilə aparılır. Birinci, ikinci qrup əlillər, eləcə də şəhid ailələri yalnız bu xitmətdən yararlana bilərlər.

Elnur Vahidoğlu