• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2340
— 08.10.2015 14:01

Gəncədə insan hüququları ilə bağlı təlimlər keçirilir

Ombudsman Aparatı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası regionlarda insan hüququları ilə bağlı təlimlər keçirir. Növbəti belə təlim Şəkidən sonra Gəncədə baş tutub.

Dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri üçün nəzərdə tutulan təlimdə BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığının Cənubi Qafqaz üzrə koordinatoru Vladimir Şkolnikov da iştirak edib. Təlimdə Azərbaycanda insan hüquqları haqqında qəbul edilmiş Milli Fəaliyyət Proqramları və BMT mexanizmləri ilə əməkdaşlıq perspektivləri, bu sahədə QHT-lərin rolu haqqında ətraflı məlumat verilib.

Aydın Səfixanlı- Ombudsman Aparatının rəhbəri: "Bu tədbirlərdə əsas məqsəd, Azərbaycanda həyata keçirilmiş insan hüquq və azadlıqları ilə bağlı islahatlar barəsində cəmiyyəti məlumatlandırmaq, eyni zamanda bununla bağlı beynəlxalq təşkilatlara geniş məlumat vermək, BMT qurumları barəsində ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir".

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov BMT-nin Universal Dövri İcmalı, insan hüquqlarının monitorinq texnologiyaları və mərhələləri ilə bağlı iştirakçıları məlumatlandırıb.

İnsan hüquq və azadlıqlarının təminatı dövlətimizin inkişaf prioritetlərindəndir. Bu hüquq və azadlıqların qorunması elə beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bu gün keçirilən tədbir də bunun sübutu idi.

Zülfiyyə Telmanqızı