• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1398
— 08.10.2015 13:45

Göygöldə çağırış yaşı çatan gənclər hərbi xidmətə yola salınıb

Göygöldə çağırış yaşı çatan gənclər həqiqi hərbi xidmətə yola salınıb. Onlarda ruh yüksəkliyi hiss olunub.

Göygöldə rayon rəsmiləri və çağırışçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Heydər Əliyev mərkəzinə baxış keçirən gənclər ulu öndərin həyatını, ictimai-siyasi fəaliyyətini əks etdirən fotolarla tanış olublar.  Daha sonra gənclər Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində həkim müayinəsindən keçiblər.

Ərşad Verdiyev- çağırışçı: “Mən çox gözəl hisslər keçirirəm. Valideynlərimə demək istəyirəm ki, nigaran olmasınlar, tezliklə Vətən borcunu yerinə yetirib, geri dönəcəm”.

Tədbirdə çıxış edənlər çağırışçı gəncləri təbrik edərək, müstəqil Azərbaycanın milli ordusunda xidmət etməyin ən böyük şərəf olduğunu bildiriblər. Qeyd olunub ki, ordumuz günü-gündən güclənir, maddi-texniki bazası zənginləşdirilir. Bu gün gənclər ordu sıralarına böyük ruh yüksəkliyi ilə yollanır.

Şahin Qocayev- valideyn: “Mən fəxr edirəm ki, övladımı hərbi xidmətə yola salıram. Mən onunla da fəxr edirəm ki, Azərbaycanımızın güclü ordusu var. Əminəm, bugünkü ordumuz tezliklə torpaqlarımızı azad edəcək”.

Mərasimdə həqiqi hərbi xidmətini başa vuran gənclərə hərbi biletlər və qiymətli xatirə hədiyyələri təqdim olunub. Çağırışçılarsa dövlət bayrağımızı öpərək, sədaqət andı içiblər. Tədbir mahnı və rəqslərlə davam edib.

Natiq Hüseyn