• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1582
— 08.10.2015 13:29

Gəncə Regional Aqroservis Bazasına Almaniyadan 226 baş düyə gətirilib

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin Gəncə Regional Aqroservis və Təchizat Bazasına Almaniyadan növbəti dəfə 226 baş Holşteyn Fris cinsindən düyələr gətirilib. Bazanın ərazisi təmizlənərək kimyəvi dezinfeksiya olunub. Gəncə Şəhər Baytarlıq İdarəsinin həkimləri damazlıq məqsədi ilə gətirilən heyvanlardan brüselyoz, leykoz, xlomidyoz və digər sereloji xəstəliklərin müayinəsi üçün qan nümunələri götürüb. Həmçinin dabağ xəstəliyinə qarşı vaksinləmə aparılıb. Karantin müddəti başa çatdıqdan sonra heyvanlar satışa çıxarılacaq. Ölkəmizə Almaniya və Fransadan ətlik və südlük-cins damazlıqlar 2009-cu ildən etibarən gətirilir.

Bayandur Rzayev- Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi: “Ölkəmizə damazlıq məqsədi ilə gətirilən cins malların növbəti partiyasını Aqrolizinqin rayonlararası təhcizat bazasında qəbul etdik. Heyvanlar gəlmədən öncə profilaktik tədbirlər həyata keçirilib. 30 gün karantin müddəti başa çatdıqdan sonra, fermerlərə lizinq yolu ilə satışına başlanılacaq”.  

Elton Cabbarlı