• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2314
— 07.10.2015 16:01

Gəncə və ətraf bölgələrin doktorantları məsafədən təhsil alacaqlar

Ötən il olduğu kimi, bu il də Gəncə və ətraf bölgələrin doktorantları məsafədən təhsil ala biləcəklər. İnformasiya Texnologiyaları İnstitutunun AMEA Gəncə bölməsində yaratdığı Distant Tədris Mərkəzində keçiriləcək dərslər hər həftənin 5-ci günü saat 3-də başlayacaq. Doktorantlar 10-u mühazirə, 2-i praktiki olmaqla ümumilikdə 12 dərs keçəcəklər. Doktorant və dissertantların məsafədən təhsil almasını, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulmasını təmin etmək məqsədi ilə qurulan Distan Tədris Mərkəzindən ötən il 60-a yaxın doktorant yararlanıb. Onlardan 47-si Bakı şəhərində keçirilən imtahanlarda yüksək nəticə göstəriblər.

Gülnar Fazilqızı