• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 28.09.2014 22:21

Gəncədə avtomobil işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb

Samux rayonu Sərkar kənd sakini 32 yaşlı Emin Məmmədov “VAZ 2107” markalı avtomobillə Gəncə şəhəri Poçt qəsəbəsində hərkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı işıq dirəyinə çırpıb. Nəticədə sürücü Emin Məmmədov ətrafdakıların  köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra yaxınlarının təkidi ilə ambulator müalicəyə göndərilib.

 

Rəfail Əsədov- həkim: “Xəstə rentgen müayinədən keçirilib. Diaqnozu onurğanın bel nahiyəsinin əzniyi olub. Lazımi kömək göstərilib və yaralı xəstəxanada qalmaqdan imtina edib. O, ambulator müalicə üçün evə buraxılıb”.