• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1714
— 06.10.2015 19:04

Gecə saatlarında maskalı şəxslər Masallı rayonunda evə basqın ediblər

Hadisə  gecə rayonun  Binə Xocavar kəndində qeydə alınıb. Kənd sakinləri 80 yaşlı Yasər və Rübabə Məmmədovların yaşadıqları evə daxil olan 3 maskalı şəxs ,ev sahiblərinin əl qolunu bağlayaraq, evdəki  pulu və  qızılı tələb ediblər.

Yasər kişi maskalıların  yaşına və  xəstəliyinə  acımadan onu amansız şəkildə döydüyünü və evdəki pulu vermələrini tələb etdiyini deyir. Evi ələk vələk edən oğruların əlinə bir şey gəlməyəndə qoca qadının üstündəki zinət əşyalarına əl atıblar.   

Faktla bağlı Masallı rayon polis şöbəsində araşdırmalara başlansa da hələlik saxlanılan yoxdur.

İlham Məmmədzadə