• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2613
— 06.10.2015 21:13

Gəncə sakini ehtiyatsızlıqdan yanıb

Gəncə sakini yanıq xəsarətləri alıb. 47 yaşlı Gültəkin Mustafayeva yaşadığı evdə təbii qazdan ehtiyatsız istifadə edərkən partlayışa səbəb olub. Nəticədə qadın yuxarı ətrafın yanıq xəsarəti ilə Gəncə şəhər TTYX-a çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya ilkin tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti orta - ağırdır.  

Elton Cabbarlı