• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3074
— 06.10.2015 15:06

“20% dərman vasitələrinin qiyməti aşağı düşüb”

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam edir. Qiymət Şurasının dünən keçirilən növbəti iclasında daha 1126 dərman vasitəsinin qiyməti təsdiqlənib.

Bununla yanaşı, daha 135 təsiredici maddəyə aid dərman vasitələri üzrə sənədlərin qəbulu elan edilib. Sənəd qəbulu üçün son tarix oktyabrın 20-dir.

Qiymətləri təsdiq olunan təsiredici maddə qrupuna aid 47 dərman vasitəsinin qiyməti 6 oktyabrdan, digər təsiredici maddələr üzrə 1079 preparatın qiyməti isə 1 dekabr tarixindən qüvvəyə minəcək.

İndiyədək ümumilikdə 2183 dərman vasitəsinin qiymətləri tənzimlənib. Nəticədə 53% dərman vasitəsinin qiyməti 2, 28% dərman vasitəsinin qiyməti isə 3 dəfədən çox aşağı salınıb. Ümumilikdə satışda olan dərmanların 98%-i üzrə qiymətlər endirilib.

Aybəniz Cəfərova- əczaçı: "Mədə dərmanlarının, rozovastin tərkibli, bir sözlə 20% dərmanların qiyməti düşüb. Göstəriş gözləyirik, sabahdan həmin dərmanların qiymətində dəyişiklik olacaq".

Qiyməti dəyişən dərman vasitələrinin siyahısı ilə Tarif Şurasının tariff.gov.az rəsmi internet saytından tanış olmaq olar. Qiyməti enənlər qrupuna aid, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Xəyalə Mürsəl