• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 913
— 05.10.2015 15:49

GDU və ATU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü Gəncədə fəaliyyət göstərən universitetlərdə də qeyd olunub.  Bayram münasibəti ilə bir qrup müəllim və professorlara fəxri fərmanlar verilib.

Gəncə Dövlət Universitetində təşkil olunan tədbirdə çıxış edən müəllimlər bu gün ölkədə təhsilə göstərilən diqqət və qayğıdan söz açıblar. Qeyd olunub ki, Universitetdə 550 müəllim və professor 6000-ə yaxın tələbənin təlim və tərbiyəsi ilə məşğul olur. Tədbirin davamında qarşıda duran vəzifələrdən bəhs edilib.

Asif Cavadov- GDU-nun prorektoru: “Artıq təhsil işçiləri də kütləvi təltif olunurlar. Bu gün də GDU-da müəllimlər fəxri fərmanlarla təltif olundular. Bu da öz növbəsində bir daha müəllim əməyinə verilən qayğının, müəllim əməyinə verilən diqqətin nəticəsidir”.

Digər tədbir isə Azərbaycan Texnologiya Universitetində keçirilib.  Universitet rəhbərliyi tərəfindən bütün pedaqoji heyət təbrik edilib, onlara bu şərəfli peşədə müəllim adını daim yüksəkdə tutmaq tövsiyə olunub.

Hər iki tədbirdə pedaqoji fəaliyyətində fərqlənən müəllim və professorlara fəxri fərmanlar verilib.

Elton Cabbarlı