• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 05.10.2015 15:30

Latviyanın Riqa şəhər merinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə olub

Səfər çərçivəsində qonaqlar Gəncə şəhər rəhbərliyi ilə görüşüblər. Görüşdə Gəncə və Riqa arasında həyata keçirilə biləcək müştərək layihələrdən söhbət açılıb. Riqa şəhər Dumasının vitse-spikeri Andris Ameriks qeyd edib ki, Riqa mədəniyyət, turizm və kommunal, xüsusilə zibil emalı sahələrində öz təcrübəsini Gəncə ilə bölüşə və bu sahənin inkişafı istiqamətində birgə layihələr həyata keçirə bilər.

Qeyd edək ki, 2012-ci ildə Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti və Riqa şəhəri, Şərqi İcra direksiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Latviyalı nümayəndə heyəti də məhz həmin müqaviləyə əsasən, təcrübə mübadiləsi və yerli layihələrin icrası ilə bağlı müzakirələrin aparılması üçün Azərbaycana gəlib. Qonaqlar Gəncədən sonra Qəbələyə səfər edəcəklər.

Andris Ameriks- Riqa Şəhər Dumasının vitse-spikeri: "Biz düşündük ki, Bakı ilə olan əlaqələri Azərbaycanın digər bölgələri ilə də qurmaq olar. Gəncə şəhəri ilə bir sıra sahələrdə əməkdaşlıq etmək üçün imkanlar var. Biz çox şadıq ki, növbəti ilə “Gəncə Avropa Gənclər” paytaxtı olacaq. Mütləq bura gənclərdən ibarət nümayəndə heyəti göndərəcəyik. Mən şəhər rəhbərliyini Riqaya dəvət etdim. Biz əməkdaşlıq edə biləcəyimiz sahələri bir daha gözdən keçirəcəyik".

Gülnar Fazilqızı