• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 699
— 05.10.2015 13:45

Göygöldə müəllimlər peşə bayramlarını qeyd edib

Göygöl rayonunda 5 oktyabr - Müəllimlər günü ilə əlaqədər tədbir keçirilib. Çıxış edənlər pedaqoqları təbrik edərək onlara uğur arzulayıblar. Qeyd olunub ki, rayonun 50 ümumtəhsil məktəbində 8953 şagirdin təlim-tərbiyəsi ilə 1600 müəllim məşğul olur. Ötən illər ərzində müxtəlif kənd və qəsəbələrdə 20-ə yaxın yeni məktəb binası tikilib. İş şəraitinin yaxşılaşdırılması müəllimlərin məsuliyyətini daha da artırıb. Son 3 ildə 4 nəfər əməkdar müəllim adına layiq görülüb, 5 təhsil işçisi isə Tərəqqi medalı ilə təltif edilib, 4 müəllim müsabiqə qalibi olub. Daha 4 nəfər isə Təhsil Nazirliyinin fəxri diplomu ilə mükafatlandırılıb. Çıxışların ardından qabacıl müəllimlərə Rayon İcra Hakimiyyətinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının qiymətli xatirə hədiyyələri təqdim olunub. Tədbir geniş konsert proqramı ilə davam edib.

Elbrus Atayev- Göygöl rayon Təhsil Şöbəsinin müdiri: “Bizim  uğurlarımızın ilbəil artması bizi çox sevindirir. Ümidimiz var ki, qarşıdakı illərdə müəllimlərimiz daha yaxşı nəticə qazanacaqlar. Bunun üçün məktəblərdə hər cür imkan yaradılıb. Maddi-texniki baza yaxşılaşdırılıb”.

Natiq Hüseyn