• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2580
— 05.10.2015 11:06

Kəpəz öz meydanında Sumqayıt-ı qəbul edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

Dünən keçirilən 3 oyunla tur başa çatıb. Günün ilk qarşılaşması Gəncədə reallaşıb. "Kəpəz" "Sumqayıt"ı qəbul edib. 18 000 tamaşaçının izlədiyi görüş maraqlı və gərgin mübarizəyə səhnə olub. İlk yarıda Gəncə klubu Junior Osvaldonun cərimə zərbəsindən vurduğu erkən qolla hesabı açıb. İkinci hissədə qarşı tərəfdən Uğur Pamuk status-kvonu yaxalayıb. Lakin qələbə qazanmaq üçün səylərini davam etdirən “sarı-göylər” matçın sonuna yaxın istəklərinə çatıblar. Əvvəlcə Junior Osvaldo, bir qədər sonra isə Rəşad Eyyubov fərqlənib. 3:1.

Orxan Cəfərzadə