• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1962
— 05.10.2015 01:21

Gəncədə taksi sürücüsü döyülüb

Hadisə bu gün gecə saat 1 radələrində baş verib. Gəncə sakini 30 yaşlı Amid Abbasov Gəncə şəhər Təcili Tibbi Yardım xəstaxanasının travmatologiya şöbəsinə gələrək döyüldüyünü bildirib. Həkimlərin müayinəsi zamanı məlum olub ki, Amid Abbasovun üst dodağı və burun nahiyəsi əzilib. Yaralıya ilkin tibbi yardım göstərilib. Amid Abbasovun deməsinə görə onu avtomobilində olan sərnişinlər döyüb. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu